3-cü mikrorayon dairəsində dəhşətli cinayət <span style="color:red;">- ÜRƏYİNDƏN VURUB ÖLDÜRDÜLƏR
21 iyul 2018 09:23 (UTC +04:00)

3-cü mikrorayon dairəsində dəhşətli cinayət - ÜRƏYİNDƏN VURUB ÖLDÜRDÜLƏR

İyulun 20-dən 21-nə keçən gecə Bakıda qətl törədilib. Hadisə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində baş verib.

 

APA-nın məlumatına görə, 1990-cı il təvəllüdlü Rəşad Əliyev 3-cü mikrorayon dairəsi yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ətrafdakıların köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ancaq xəsarəti ağır olduğundan, həkimlər ürək nahiyəsindən bıçaqlanan R.Əliyevi xilas edə bilməyib.

 

Hadisənin təfərrüatlarını Nəsimi rayon Prokurorluğu araşdırır. Faktla əlaqədar Nəsimi polisi də əməliyyat-axtarış tədbirlərinə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 301
avatar

APA Baycan

Oxşar yazılar