Daxili İşlər Nazirliyi Gədəbəydə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 3-də saat 19 radələrində Gədəbəy rayonunun Gər-Gər kəndində Kiçik Qaramurad kənd sakini Nail Qarayevin idarə etdiyi “VAZ-2107” və Hacalılar kənd sakini Aydın İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, A.İsmayılovun 2 sərnişini xəstəxanaya yerləşdirilib. Sürücülər orada ölüb.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.