20 yaşlı qızla oğlan ağır vəziyyətdə Bakıya gətirildi
26 avqust 2014 10:03 (UTC +04:00)

20 yaşlı qızla oğlan ağır vəziyyətdə Bakıya gətirildi

Siyəzən rayonunda iki nəfər dərmandan zəhərlənib.

 

APA-nın şimal bürosunun məlumatına görə, onlar Siyəzən rayon sakinləri - 1994-cü il təvəllüdlü Rəhimova  Şəbnəm Sərkər qızı və 1994-cü il təvəllüdlü Hüseynov Cavidan Ağazaman oğludur. Hər iki şəxsə Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğundan Bakıdakı tibb müəssisələrindən birinə göndərilib.

 

Siyəzən rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, baş verən hadisələrin bir-biri ilə bağlılığı yoxdur. Hər iki hadisənin intihara cəhd olub-olmadığı araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3610
avatar

Oxşar yazılar