15 yaşlı qız faciəvi şəkildə öldü
10 aprel 2013 18:08 (UTC +04:00)

15 yaşlı qız faciəvi şəkildə öldü

 

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Cənub TV-yə istinadən verdiyi məlumata görə, hadisə bu gün, saat 10:00 radələrində Saatlı-İmişli avtombil yolunun 1-ci km-də qeydə alınıb.

Füzuli rayon sakini Anar Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - İmişli rayonu Qaralar kənd sakini 15 yaşlı məktəbli Həsənova Gülnarə Nəzər qızını vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 15 yaşlı yeniyetmə qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

# 1547
avatar

Oxşar yazılar

Bakıda binada yanğın oldu

Bakıda binada yanğın oldu

26 may 2024 , 10:13
Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57
Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

25 may 2024 , 20:24
Rusiya bu azərbaycanlını deportasiya etdi

Rusiya bu azərbaycanlını deportasiya etdi

25 may 2024 , 19:14
Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

25 may 2024 , 17:53
Bakıda qadın evdən pul və 3 telefon  oğurladı

Bakıda qadın evdən pul və 3 telefon oğurladı

25 may 2024 , 17:06
Nərgiz Absalamova

“Abzas Media”nın əməkdaşının həbs müddəti uzadıldı

25 may 2024 , 16:11
Qadın özünü 23-cü mərtəbədən  atdı

Qadın özünü 23-cü mərtəbədən atdı

25 may 2024 , 16:00