Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb. Kənd sakini, 14 yaşlı İzzət Habil oğlu Mahmudov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Mərhum orta məktəb şagirdi imiş.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.