11 yaşlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR
09 mart 2016 12:20 (UTC +04:00)

11 yaşlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR

Dünən Neftçala rayonunda 11 yaşlı qızın özünü asaraq intihar etməsi ilə bağlı cinayət işi açılıb. Lent.az xəbər verir ki, Mayak kənd sakini, 2005-ci il təvəllüdü Kazımova Xədicə Rüstəm qızının intiharı ilə bağlı araşdırmalar davam etdirilir.

 

Bildirilir ki, X.Kazımova orta məktəbin 5-ci sinifində oxuyurmuş. Valideynləri onun intiharına heç bir səbəbin olmadığını bildirib.

 

X.Kazımovanın ipdən asılı vəziyyətdə qalmış meyitini yaxınları həyətdəki toyuq hinindən tapıblar. 

 

*****

 

22:47

 

Bu gün axşam saatlarında Neftçala rayonunun 1-ci Mayak kəndində 11 yaşlı Kazımova Xədicə Rüstəm qızı yaşadıqları həyətdəki yarımçıq tikilidə özünü təsərrüfat ipi ilə asaraq intihar edib.

 

Virtualaz.org-un məlumatına görə, intiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368

Oxşar yazılar