İranda səfərdə olan Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev İran Ali Milli Təhlükəsizlik Administrasiyasının katibi Səid Cəlili ilə görüşüb.
APA-nın “Mehr news”a istinadən xəbərinə görə, görüşdə Azərbaycan və İran arasında ikitərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, R.Mehdiyevin səfəri S.Cəlilinin dəvəti ilə gerçəkləşir.