Xaçmazda istirahət mərkəzində qadın öldü
03 iyul 2023 15:07 (UTC +04:00)

Xaçmazda istirahət mərkəzində qadın öldü

0

Xaçmazda istirahət mərkəzində ölüm hadisəsi baş verib. 

Baş prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iyulun 2-si saat 17 radələrində 60 yaşlı Xanım Tağıyevanın Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birində ölməsi faktı ilə bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Ölümün səbəbi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi əsasında müəyyən ediləcək.

Hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2253

Oxşar yazılar