Daxili işlər orqanlarında yeni təyinat olub.
Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Səbail Rayon Polis İdarəsinin Cinayət Axtariışı Şöbəsinin rəis müavini, polis baş-leytenantı Qafar Şərifov həmin Şöbənin rəisi təyin olunub.
Qeyd edək ki, Q.Şərifov əvvəllər Mingəçevir şəhər Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi olub.