Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi olub.
Lent.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin rəisi Nasir Babayev tutduğu vəzifədən azad edilib. O, Nərimanov rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin rəisi vəzifəsini isə Əli Əsədullayev icra edir.