Ukraynada  dövlət binasına   raket atıldı:  20 ölü...   - YENİLƏNİB
31 mart 2022 14:15 (UTC +04:00)

Ukraynada dövlət binasına raket atıldı: 20 ölü... - YENİLƏNİB

Rusiya hərbçilərinin Nikolayev Regional Şurasının binasına raket hücumu nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidmətinə istinadən xəbər yayılıb.

***

10:15

Nikolayevdə Dövlət Administrasiyasının binasına atılan raket nəticəsində ölənlərin sayı 16-ya çatıb. 

Lent.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 15 nəfərin meyiti dağıntılar altından çıxarılıb, 1 nəfər isə reanimasiyada dünyasını dəyişib. 

Hazırda axtarış və xilasetmə işləri davam edir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4317
avatar

Sevinc Fərid

Oxşar yazılar