Ucarda əmioğlular arasında dava qanla bitdi
03 sentyabr 2023 18:09 (UTC +04:00)

Ucarda əmioğlular arasında dava qanla bitdi

0

Ucar rayonunda əmioğlular arasında baş verən mübahisə qanla bitib.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Qazyan kəndində baş verib. Kənd sakini, 1989-cu il təvəllüdlü Daşqın Ağasəf oğlu Abdullayev qonşuluğunda yaşayan əmisi oğlu, 1991-ci il təvəllüdlü Əbülfəz Ağahüseyn oğlu Hüseynli ilə aralarında baş vermiş münaqişə nəticəsində sonuncuya bıçaqla ağır xəsarət yetirib.

Zərərçəkən Ə. Hüseynli Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2545

Oxşar yazılar