Bazar ertəsi Türkiyədə 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına görə, təbii fəlakətin episentri 441 min insanın yaşadığı Malatyadan 29 km cənub-şərqdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.