Türkiyədə zəlzələ dağıntılarının altından daha bir meyit çıxarılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Kahramanmaraşda axtarış-xilasetmə, həmçinin təmir-bərpa işləri davam edir. Axtarış işləri zamanı Antakya qəsəbəsi Atatürk küçəsində zəlzələdən 215 gün sonra cəsəd tapılıb.
Meyitin cinsiyyəti və kimliyi bilinmir. Şəxsiyyətinin müəyyənləşdirilməsi üçün cəsəd tibbi ekspertizaya göndərilib.