Tovuzda sərnişin avtobusu minik avtomobili  ilə toqquşdu
12 yanvar 2026 00:40 (UTC +04:00)

Tovuzda sərnişin avtobusu minik avtomobili ilə toqquşdu

0

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Qəza zamanı “VAZ 2106”-nın sürücüsü, 1988-ci il təvəllüdlü Zaur Həsənov xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb. Qəzaya uğrayır sərnişin avtobusunun sərnişinləri başqa avtobusla yola salınıb.

Hadisə zamanı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar