Tovuzda yanan avtomobil
23 oktyabr 2022 15:18 (UTC +04:00)

Tovuzda yanan avtomobil

Tovuzda kuryoz olay-FOTO

Tovuzda qaz sızması avtomobilin yanmasına səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Rayonun Bozalqanlı kənd sakini Babək İsmayılov idarə etdiyi "VAZ 2107" markalı minik avtomobilini nazlıq səbəbində yolun kənarında saxlayıb.

Ancaq Babək İsmayılov yenidən avtomobili işə salmaq istəyən zaman ərazidən keçən qaz xəttində sızma baş verdiyindən yanğın olub. Bu zaman avtomobil yanıb, sürücü yüngül yanıq xəsarətləri alıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

# 2670
avatar

Oxşar yazılar