Tovuzda avtoservis yandı – avtomobillərlə birgə
15 iyul 2022 22:26 (UTC +04:00)

Tovuzda avtoservis yandı – avtomobillərlə birgə

0

 

Tovuzda yanğın hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 
Sözügedən ünvanda yerləşən Elburus Həsənova məxsus  avtomobil təmiri sexində anidən yanğın olub. Hadisə yerinə FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 200 kvadrat metrlik 3 boksun 150 kvadrat metri, həmçinin  təmir sexində olan "Mercedes" markalı mikroavtobus və "Renault Megane" markalı minik avtomobili yanıb. Təmir sexinin qalan hissəsi yağında mühafizə edilib. 
Hadisənin səbəbləri araşdırılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1868

Oxşar yazılar