"Torqovı"da kanalizasiya quyusunda PARTLAYIŞ - VİDEO  -YENİLƏNİB
12 iyul 2022 00:20 (UTC +04:00)

"Torqovı"da kanalizasiya quyusunda PARTLAYIŞ - VİDEO -YENİLƏNİB

Hadisə baş verən küçənin bəzi hissələrinə elektrik verilişi dayandırılıb.  

Lent.az-ın APA-ya istinadla məlumatına görə, ərazi Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən mühafizə edilir.

***

23.50

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub. 
Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5004
avatar

Oxşar yazılar