Toplum TV-də  ƏMƏLİYYAT:  SAXLANILANLAR VAR - YENİLƏNİB
07 mart 2024 00:39 (UTC +04:00)

Toplum TV-də ƏMƏLİYYAT: SAXLANILANLAR VAR - YENİLƏNİB

III Respublika Platformasının spikeri Akif Qurbanova barəsində cinayət işi başlanılıb.

Lent.az xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümmətova məlumat yayıb

O bildirib ki, Akif Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 - qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi açılıb.

"Toplum TV"nin əməkdaşı Ferid İsmayilov barəsində də cinayət işi başlanılıb.

Vəkili Zibeydə Sadıqova bildirib ki, Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2 -ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bu gün "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

Nazirlikdən bildirilib ki, bir neçə ünvanda əməliyyat-axtarış tədbirləri keçirilib.

***

***

07.03.2024

Saat 23:30

III Respublika Platformasının spikeri Akif Qurbanova barəsində cinayət işi başlanılıb.

Lent.az xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümmətova məlumat yayıb

O bildirib ki, Akif Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 - qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bu gün "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

***

Saat 18:07

Toplum TV-nin ofisində həyata keçirilən axtarışlar başa çatıb. 

Lent.az hüquq müdafiəçisi Rüfət Səfərova istinadən xəbər verir ki, Toplum TV-nin ofisi möhürlənib.

***

saat 16:29

Toplum TV-də əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Lent.az-a bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Əlavə məlumat veriləcəkdir.

Lent.az-ın əldə etdiyi məlumata görə, əməliyyat Toplum TV-nin ofisində həyata keçirilir. 

# 8406
avatar

Oxşar yazılar

Bakı-Qazax yolunda  yük maşını   aşdı

Bakı-Qazax yolunda yük maşını aşdı

28 aprel 2024 , 19:39
Neftçalada 46 yaşlı kişi  göldə   batdı

Neftçalada 46 yaşlı kişi göldə batdı

28 aprel 2024 , 19:36
Şəkidə qəza-Xəsarət alanlar var

Şəkidə qəza-Xəsarət alanlar var

28 aprel 2024 , 18:12
Sədərək rayonunda partlayış -  Ölənlər var

Sədərək rayonunda partlayış - Ölənlər var

28 aprel 2024 , 17:09
Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

28 aprel 2024 , 17:01
Bakıda restoranda yanğın  -Tüstüdən zəhərlənənlər var

Bakıda restoranda yanğın -Tüstüdən zəhərlənənlər var

28 aprel 2024 , 16:25
Tovuzda  dərəyə düşən   kişi xilas edildi -  VİDEO

Tovuzda dərəyə düşən kişi xilas edildi - VİDEO

28 aprel 2024 , 14:37
Bakıda kuryoz olay-VİDEO

Bakıda kuryoz olay-VİDEO

28 aprel 2024 , 12:08