Ticarət mərkəzində FACİƏ:  xadimə 3-cü mərtəbədən yıxıldı
16 may 2025 10:56 (UTC +04:00)

Ticarət mərkəzində FACİƏ: xadimə 3-cü mərtəbədən yıxıldı

Şamaxıda xadimə hündürlükdən yıxılıb.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Megacity” ticarət mərkəzində baş verib.

Burada xadimə işləyən 32 yaşlı Günel Vəkalət qızı Yəhyayeva 3-cü mərtəbənin pəncərəsindən yerə yıxılıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1308

Oxşar yazılar