Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olundu
26 aprel 2023 12:16 (UTC +04:00)

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olundu

0

Bu gün Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub.

Lent.az xəbər verir ki, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tariyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.

Qeyd edək ki, Xəzər Babaşov Tərtər Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1685

Oxşar yazılar