Tərtərdə  su borcuna görə mübahisə    ölümlə bitdi - YENİLƏNİB
26 fevral 2024 21:25 (UTC +04:00)

Tərtərdə su borcuna görə mübahisə ölümlə bitdi - YENİLƏNİB

 

Tərtərdə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Lent.az xəbər verir ki, hadisə zamanı qətlə yetirilən 43 yaşlı Şəmilov Elburus Cəbrayıl oğlu rayonun Suvarma sistemleri idarəsinin işçisi olub. Bu gün zərərçəkən Buruc kəndi ərazisində əkin sahələrinə görə su pulu yığan zaman 53 yaşlı Hüseynov Muradxan İsa oğlu ilə mübahisə edib.

Muradxan Hüseynov pulu olmadığını və əkin sahəsinə görə suyun ödənişini edə bilməyəcəyini bildirib. Bu zaman tərəflər arasında söyüş üstündə mübahisə yaranıb. Muradxan Hüseynov Elbrus Şəmilovu kəsici alətlə qətlə yetirib.

Hadisəni törədən şəxs tutulub, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Onu da qeyd edək ki, qətlə yetirilən Elburus Şəmilov barəsində cinayət işi olub və hazırda məhkəmənin icraatında imiş.

***

21:00

Fevralın 26-də saat 19 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 43 yaşlı Şəmilov Elburus Cəbrayıl oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı Hüseynov Muradxan İsa oğlu saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5430
avatar

Oxşar yazılar