Rusiyada avtomobil təmiri sexlərindən birində qorxulu anlar yaşanıb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Soçi şəhərində baş verib.
Avtomobili təmir üçün kranla yuxarı qaldıran zaman dəzgahın tutacaqları qırılıb. Avtomobilin altında dayanan sahibi və iki usta ani olaraq cəld reaksiya göstəriblər. Xoşbəxtlikdən heç biri xəsarət almayıb. Lakin yerə aşan avtomobilə ciddi ziyan dəyib.