Novosibirsk vilayətində kənd təsərrüfatı kollecinin 19 yaşlı tələbəsi intihar edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bundan əvvəl o, baş verənlərə görə heç kimin günahkar olmasını istəmədiyi qeyd edib. Onun meyiti Barabinsk stansiyasında tapılıb.
Gənc qızın sinif yoldaşının dediyinə görə, o, yaşıdları tərəfindən təhqir olunub. Bu təhqirlər isə orta məktəbdə başlayıb. Tələbənin digər tanışı isə ucuz paltarlar geyindiyinə görə ona çoxlarının güldüyünü deyib. Bundan əlavə, mərhumun anasının spirtli içki qəbul etdiyi iddia edilir.