16 yaşlı tələbə Moskva vilayətinin Rayki kəndi yaxınlığında onu zorlamağa cəhd edən manyakın dilini dişləyərək xilas ola bilib.
Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, qız avtobus dayanacağından gedərkən manyak ona hücum edib. Onun dediyinə görə, o, asiyalı görünüşlü və bir göz qapağı tibbi sarğılı olub.
Hücum zamanı tələbə müqavimət göstərməyə başlayıb, cinayətkarı yerə yıxıb və dilini dişləyib. Sonra hadisə yerindən qaçıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları orada dilin fraqmentlərini aşkar ediblər.
Digər məlumata görə, tələbə qıza hücum edən 26 yaşlı tacikistanlı tənha yerdə oturub yaralarını "yalamağa" çalışdığı yerdə yaxalanıb.