TƏBİB “qırmızı qurd eşənəyi” xəstəliyindən ölən şəxslə bağlı məlumat yayıb.
Qurumdan Lent.az-a bildirilib ki, iyulun 19-da saat 10:35 radələrində 1975-ci il təvəllüdlü Neftçala rayonunun Uzunbabalı kənd sakini (kişi cinsli) halının pis olması səbəbiylə, hipotoniya vəziyyətində Neftçala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaxınları tərəfindən xəstənin 15 ilə yaxın “qırmızı qurd eşənəyi” xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Xəstəyə dərhal ilkin tibbi xidmətlər göstərilərək Reanimasiya şöbəsinə yerləşdirilib.
Aparılan bütün tədbirlərə baxmayaraq iyulun 23-də 08:30-da xəstənin poliorqan çatışmazlığından ölüm faktı qeydə alınıb.
***
saat 10:14
Azərbaycanda “qırmızı qurd eşənəyi” xəstəliyindən ölüm faktı qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə Neftçala rayonunda baş verib.
Rayonun Həsənabad qəsəbə sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala rayon Mərkəzi Xəstəxanasına daxil olub və orada ölüb.
İlkin məlumata görə, E.Məmmədov “qırmızı qurd eşənəyi” xəstəliyindən ölüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.