Tanınmış ilahiyyatçı azadlığa buraxıldı - FOTO
23 iyun 2022 21:07 (UTC +04:00)

Tanınmış ilahiyyatçı azadlığa buraxıldı - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, tanınmış ilahiyyatçı Elşən Mustafayev (Mustafaoğlu) azadlığa çıxıb.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya onun ailə üzvləri məlumat verib.

Bildirilib ki, o cəzasının çəkilməmiş hissəsindən azad edilib və bu gün 1 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Elşən Mustafaoğlu 2014-cü il dekabr ayında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. O Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.  O, 7 il 6 ay cəzasını çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4233
avatar

Oxşar yazılar