Bakıda taksi sürücüsünə qarşıquldurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə iyulun 6-da saat 4 radələrində Bakı şəhər sakini H.Quliyevin idarə etdiyi “Toyota” markalı avtomobilə sərnişin qismində əyləşən şəxsin onu bıçaqla hədələyib 370 manatını talaması və avtomobillə hadisə yerindən uzaqlaşması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini C.Muxtarov Hacıqabul rayonu ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.