Çelyabinskdə mayın 22-nə keçən gecə itkin düşən 24 yaşlı qızın qətlinin üstü açılıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onu kafedən aparan 36 yaşlı taksi sürücüsü cinayəti törətməkdə şübhəli bilinərək həbs edilib.
"Qızın anası onun yoxa çıxması barədə yerli polis şöbəsinə məlumat verib. O bildirib ki, mayın 22-də qızı ilə əlaqəsi kəsilib və işə də geməyib", - regional İstintaq Komitəsinin məlumatında bildirilir.
İtkin düşən qızın müəssisələrdən birindən avtomobillə çıxarkən son yeri müşahidə kameraları tərəfindən qeydə alınıb.
Çelyabinsk Daxili İşlər İdarəsinin, Kurçatovski və Mərkəzi polis idarələrinin əməliyyatçıları müəyyən ediblər ki, cümə axşamı gecə taksi sürücüsü qızın çağırışı ilə gəlib. Lakin səfər zamanı onların arasında münaqişə yaranıb. Kurçatovski rayonunda yerləşən “ZAO Plastik” ictimai nəqliyyat dayanacağında kişi qadın sərnişini boğub. Sonra onun cəsədini meşəyə apararaq basdırıb.
Saxlanılan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir, məhkəmə-tibbi ekspertizalar kompleksi təyin edilir, cinayətin sübutları toplanır. Əlavə edək ki, hadisəni törətməkdə şübhəli bilinəni 15 ilə qədər həbs gözləyir.