Sürücü öldü, maşın qəbir qazanların üstünə çıxdı
14 iyul 2022 15:25 (UTC +04:00)

Sürücü öldü, maşın qəbir qazanların üstünə çıxdı

0

Yamaykada sürücüyə silahlı hücum olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Vestmoreland qraflığının Qüds dağı kəndində baş verib. Naməlum silahlı pikap markalı avtomobilin sürücüsü 46 yaşlı Hopeton Stüarta atəş açıb. Nəticədə o, ölüb. Avtomobili isə qəbir qazan 3 nəfəri vurub.

Məlumata görə, Stüart yol kənarında avtomobili dayandırıb. Bu zaman ona silahlı hücum olub. Sürücü dərhal avtomobilə tərəf qaçaraq, sükan arxasına keçməyi bacarıb və yüksək sürətlə hadisə yerindən qaçıb. Tezliklə idarəetməni itirən avtomobil yolun kənarında qəbir qazan 3 nəfəri əzib.

Polis gələndə Stüartın öldüyü məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3865

Oxşar yazılar