Sumqayıtda binada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən xəbərə görə, şəhərin doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 2 otağında ev əşyaları 20 m² sahədə yanıb.
Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;