Sumqayıt şəhərində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza İsmət Qayıbov küçəsində qeydə alınıb.
Hadisə zamanı “Mercedes”, “Chevrolet” və “Opel” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilib. Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır.