Azərbaycanlı deputat vəzifəsini itirdi
04 iyun 2025 10:42 (UTC +04:00)

Azərbaycanlı deputat vəzifəsini itirdi

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının Sosial İnkişaf Komitəsinin sədr müavini Xalid Tağı-zadə bölgənin özbəklərin tarixi vətəni olması barədə bəyanatından sonra vəzifəsini itirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Dairə Dumasının iyunun 3-də keçirilən növbədənkənar sessiyasında deputat vəzifəsindən məhrum edilib və xalq qarşısında üzr istəməsi xahiş edilib. Bundan əlavə, etika komissiyası prokurorluqdan onun sözlərini Rusiya qanunlarının pozulmasına görə yoxlamağı xahiş edib.

Dumanın spikeri Boris Xoxryakov qeyd edib ki, deputatlar siyasətçini mandatdan məhrum etmək istəyirlər, lakin bunun üçün heç bir hüquqi əsas yoxdur. Həmçinin Yuqra mediası yazır ki, qalmaqalın artması səbəbindən Tağı-zadənin Azərbaycana getməsi ehtimal olunur.

Bundan əvvəl Rusiya Liberal Demokrat Partiyasından olan Dövlət Dumasının deputatı Vladimir Sısoyev baş prokuror İqor Krasnovdan Tağı-zadənin çıxışının etnik ədavəti və Rusiya Federasiyasının ərazi bütövlüyünü qızışdırdığına görə yoxlanılmasını istəyib.

Siyasətçi “Yuqra özbəklərin vətənidir” sözlərinə görə artıq üzr istəyib. O qeyd edib ki, bu, onun fərziyyəsi olub və guya bunu vitse-qubernatorla müavinlərdən biri arasında yaranmış mübahisə zamanı vəziyyəti düzəltmək üçün deyib.

Qeyd edək ki, azərbaycanlı deputatu Xalid Tağı-zadənin “Yuqra özbəklərin vətənidir” sözləri telegramda yayılıb və qalmaqala səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755

Oxşar yazılar