Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır
03 iyun 2025 11:10 (UTC +04:00)

Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının deputatı Xalid Tağı-zadə rayon parlamentinin iclasında “özbəklər Yuqraya, öz tarixi vətənlərinə qayıda bilərlər” deyə qalmaqallı açıqlamasından sonra bölgəni tərk erdib. Məlumata görə, kommunist müxalifətçi Azərbaycana gedib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, o, Azərbaycana istirahətə gəlib. 

Deputatın Rusiyanı tərk etməsi ilə bağlı bir neçə mənbə məlumat verib. Lakin bunu təsdiqləmək mümkün olmayıb - Dumanın iclası keçirilən mayın 29-dan bəri Tağı-zadə jurnalistlərin zənglərinə cavab vermir.

"Lakin o, iyunun 2-də onun bəyanatlarına baxan etika komissiyasında olmayıb. Dumanın iyunun 3-də keçiriləcək növbədənkənar sessiyasında onun mandatdan məhrum edilməsi məsələsinə baxılacağı gözlənilir. Deputatın həmin iclasda iştirak edib-etməyəcəyi məlum deyil", - Dumanın təsisatındakı digər mənbə qeyd edir.

Qalmaqallı kommunist müxalifətçi Xalid Tağı-zadənin taleyi Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının növbədənkənar sessiyasında həll olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2792

Oxşar yazılar