Sərxoş piyadanı maşın vurdu, vəziyyəti...
03 iyul 2022 20:26 (UTC +04:00)

Sərxoş piyadanı maşın vurdu, vəziyyəti...

Zaqatalada sərxoş piyadanı maşın vurub. 

Lent.az-ın məlumatına görə, hadisə Zaqatala şəhəri ərazisində baş verib. 1994-cü il təvəllüdlü rayonun Dağlı kənd sakini Ruslan Hüseyn oğlu Kazımovu "VAZ-21099" markalı avtomobil vurub. 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Kazımovun müalicəsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində aparılır. R. Kazımovun vəziyyəti ağır qiymətləndirilir. Onun hadisə baş verən zaman sərxoş olduğu bildirilir. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
 

# 7632
avatar

Oxşar yazılar