Göyçayda kişi ehtiyatsızlıqdanözünü güllələyib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinə mayın 8-də şəhər sakini Habil Babayevin odlu silahdan açılmış atəşdən xəsarət alması nəticəsində xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, H.Babayev dostu, Bakı şəhər sakini İntiqam Xıdırova məxsus müvafiq sənədləri olan “Winchester Phantom” markalı tüfəngə baxmaq istəyirmiş Bu zaman ehtiyatsızlıqdan açılmış atəş nəticəsində xəsarət alıb. Həmçinin hadisə zamanı onların sərxoş olmaları da müəyyən olunub.
Araşdırma davam etdirilir.