Ağstafada dəmir yolunun kənarında meyiti tapılan şəxsi qatar vurub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Gürcüstan dəmir yolu xəttinin rayonun Tatlı stansiyası çıxışının 99-cu kilometrliyində qeydə alınıb.
28 yaşlı Vüsal Qocayev sərxoş vəziyyətdə dəmir yolu xəttini keçən zaman onu yük qatarı vurub. 28 yaşlı kişinin meyiti bir neçə saat sonra dəmir yolunun kənarından aşkarlanıb.
Faktla bağlı Ağstafa rayonun prokurorluğunda araşdırma aparılır.