Rusiyanın Voronej şəhərində 6 aylıq qız sərxoş qadının qucağından düşüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, nəticədə qız ölüb.
Məlumata görə, sərxoş vəziyyətdə olan ana 6 aylıq qızını qucağına götürüb və uşaq təsadüfən yerə düşüb. Körpənin başı çarpayıya çırpılıb. Qadın təcili yardım çağırsa da, həkimlər uşağı xilas edə bilməyiblər.
Körpənin anasına qarşı cinayət işi açılıb.