Şəmkirdə yeniyetməni bıçaqlayan şagird tutuldu - YENİLƏNİB
09 fevral 2026 09:50 (UTC +04:00)

Şəmkirdə yeniyetməni bıçaqlayan şagird tutuldu - YENİLƏNİB

1

Şəmkirdə bıçaqlayan saxlanılıb.

Lent.az xəbər verir ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

***
07:41

Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon Kür qəsəbəsində qeydə alınıb.

Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H. Abuzərli şəxsi münasibətlər zəminində, 2011-ci il təvəllüdlü (15 yaş) S. Məmmədlini bıçaqlayıb.

Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hər iki şəxs məktəblidir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 690

Oxşar yazılar