Şəmkirdə qəza - xəsarət alanlar var 
17 may 2022 08:40 (UTC +04:00)

Şəmkirdə qəza - xəsarət alanlar var 

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonu mərkəzi küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21015" və "Chevrolet Cruze" markalı minik maşınları toqquşub. Qəza 1996-ci il təvəllüdlü Nurlan Rüstəmli, 1993-cü il təvəllüdlü Elməddin Bağırov və 1994-cü il təvəllüdlü Xatirə Qasımova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan N.Rüstəmlinin vəziyyəti ağır olduğundan Gəncədə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

# 1446
avatar

Oxşar yazılar