Şəkinin Fazıl kəndində yanğın hadisəsi baş verib.
Lent.az xəbər verir ki, kənd sakini Çinarə Əsədovaya məxsus həyətyanı sahədə yerləşən, ümumi sahəsi 120 kv/m olan yardımçı tikilidə yanğın qeydə alınıb.
Alovun yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları, orada saxlanılan 13 ton quru otun 6 tonu, həmçinin 1 ton taxıldan 200 kiloqramı yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.