Şəkidə ağacdan əncir yığan qadını elektrik cəryanı vurub.
Lent.az-ın məlumatına görə, hadisə səhər saatlarında Şəki şəhəri, avtovağzal ərazisində Mahmudəliyev küçəsində baş verib.
Həmin küçədəki fərdi evlərin birinində yaşayan, 1964-cü il təvəllüdlü Gülbənd Güləndam qızı Nəbiyeva həyətdəki ağacdan əncir yığan zaman onu ağacın yanından keçən yüksək gərginlikli elektrik cəryanı vurub. Nəticədə qadın ölüb.
Faktla bağlı araşdırma aparılır.