Şəkidə AĞIR QƏZA:  Bir ailənin 3 üzvü yaralandı -VİDEO  -YENİLƏNİB
02 iyun 2024 16:45 (UTC +04:00)

Şəkidə AĞIR QƏZA: Bir ailənin 3 üzvü yaralandı -VİDEO -YENİLƏNİB

Xəbərə video əlavə edilib:

 

***

15:54

 

Şəkidə yol qəzası olub, üçü bir ailənin üzvü olmaqla dörd nəfər xəsarət alıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə günorta saatlarında Şəki-Baş Göynük avtomobil yolunun Aşağı Göynük kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub.

Qəza zamanı xəsarət alan rayonun Baş Göynük kənd sakinləri  1977-ci il təvəllüdlü  Salmanova Sənubər Ramazan qızı Salmanova, 1998-ci il təvəllüdlü Əfqan Rizvan oğlu Salmanov, 2000-ci il təvəllüdlü Gülnar Rizvan qızı Salmanova və 1985-ci il təvəllüdlü İsmayıl Aydın oğlu İsmayılov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyətləri qənaətbəxşdir. Bir qədər nəzarətdə qaldıqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılacaqlar.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2547
avatar

Oxşar yazılar