Şəhid hərbçimiz Elşad Həsənov dəfn edildi -  YENİLƏNİB
12 aprel 2023 13:57 (UTC +04:00)

Şəhid hərbçimiz Elşad Həsənov dəfn edildi - YENİLƏNİB

0

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənov dəfn edilib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, şəhidin nəşi doğulduğu Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimindən yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.

***

11:42

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənovla Ağstafada vida mərasimi keçirilir.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, şəhidin nəşi doğulduğu Xətai kəndinə, yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimindən yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.

Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Elşad Həsənov 3 ay əvvəl ailə qurub.

Xatırladaq ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində 3 hərbçimiz şəhid olub, yaralananlar var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4305

Oxşar yazılar