Sarayda qadın qarət olundu
11 aprel 2023 13:22 (UTC +04:00)

Sarayda qadın qarət olundu

0

Abşeronda qadın qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 7-də Saray qəsəbəsi ərazisində bir qadının içərisində pulu, bank kartları və sənədləri olan cüzdanı soyğunçuluq yolu ilə əlindən alınıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Mehdiyev və M.Mirzəyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1646

Oxşar yazılar