Şamaxıda üzümlüyə düşən helikopter: 4 neftçi həyatını necə itirmişdi? - Bir qəzanın TARİXÇƏSİ
22 iyun 2022 01:35 (UTC +04:00)

Şamaxıda üzümlüyə düşən helikopter: 4 neftçi həyatını necə itirmişdi? - Bir qəzanın TARİXÇƏSİ

LENT.AZ AZƏRBAYCANLA BAĞLI AVİA QƏZALAR SERİYASINDAN 10-CU YAZINI TƏQDİM EDİR

Tarix: 23 mart 1973-cü il.

109-cu aviadəstəyə məxsus olan “Mi-2” helikopteri “Azərneftkəşfiyyat” trestinin Qobustan bölməsinin mütəxəssislərini götürərək saat 12.10-da havaya qalxır. Marşrut belə təyin edilmişdi: Ələt – Hacıqabul – Udullu-1 – Udullu-2 – 3 saylı qazma qurğusu (Şamaxının Quşçu kəndinin 4 km cənub-şərqi).

Lent.az sovet arxivlərinə istinadla xəbər verir ki, hava şəraiti Zabratdan verilən məlumatlarla üst-üstə düşürdü və uçuş üçün tam əlverişli idi: 10 km görmə məsafəsi, parçalı buludlu gün, dumansız dağlar. Saat 12.50-də heyət 3 saylı qazma qurğusu adlanan obyektə təhlükəsiz şəraitdə çatır və Zabrata məruzə edilir. İşləri həll etdikdən sonra saat 13.10-da pilot təkrarən vertolyotu qazma qurğusunun yaxınlığındakı meydançadan havaya qaldırır və 10 dəqiqə sonra əlaqə itir.

Şahid ifadələrinə əsaslanan komissiyanın rəyinə görə, vertolyot qazma qurğusuna endikdən sonra hava kəskin pisləşir. Bununla belə, komandir normativləri aşkar şəkildə pozaraq uçuşa davam etməyə qərar verir. Dağların dumanla örtüldüyünü gördükdə artıq gec idi.  Pilot geriyə - qazma qurğusuna qayıtmaq istəsə də mümkün olmur. O, üzümlüyün arasındakı traktor yoluna enməyə qərar verir. Eniş vaxtı quyruq vinti üzümlükdəki beton dirəklərə ilişərək qopur. Helikopter isə sağ tərəfi ilə yerı çırpılaraq alışır. Quruq hissəsi ilə əsas hissə bir-birindən 22 metr aralıda tapılır.

Yanan maşının köməyinə Xəqani kolxozuna məxsus üzümlükdə işləyən kolxozçular yetişir. Onlar helikopteri söndürsələr də artıq gec idi. Pilot və Azneftin 4 əməkdaşı artıq həyatını itirmişdi. 

Hadisə saat 13.20-də Şamaxının Quşçu kəndinin 4 km cənub-şərqində baş verib. Yəni, havaya qalxdıqdan cəmi 10 dəqiqə sonra.

Komissiyanın rəyinə görə, qəzaya pilotun əlverişsiz havada qaydaları pozaraq uçuş həyata keçirməsi səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3165
avatar

Oxşar yazılar

SEPAH Təbrizdə güneyli fəalları həbs etdi

SEPAH Təbrizdə güneyli fəalları həbs etdi

16 dekabr 2024 , 00:30
Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06