Şamaxı rayonununda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə,hadisə rayonun Şirvan kəndində qeydə alınıb.
Təhsil Nazirliyinə məxsus (fəaliyyət göstərməyən və istifadəyə yararsız) ümumi sahəsi 330 m² olan birmərtəbəli orta məktəb binasının yanar konstruksiyaları 120 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.