Rusiyanın Altay diyarının Biysk rayonunda yeniyetmə məktəbə bibər qazı gətirib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, daha sonra o, bibər qazını sinif otağına səpib. Nəticədə 20 şagird xəsarət alıb. Məktəbə çoxlu sayda təcili yardım briqadası cəlb olunub.
Biysk təcili yardım stansiyasının baş həkiminin sözlərinə görə, xəsarət alan şagirdlərin hamısının vəziyyəti orta ağırdır.