Rusiyanın Vladimir şəhər məhkəməsi 14 il əvvəl baş vermiş qətl hadisələri ilə bağlı iki azərbaycanlı və bir yerli sakinə höküm oxuyub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə istintaqı sübut edib ki, Xudiyev və Məmmədov adlı azərbaycanlı, Juravlyov adlı yerli sakinlə birgə yaşlı insanları bu və digər bəhanələrlə aldadıb, daha sonra öldürərək onların əmlakına ələ keçiriblər.
Məhkəmə bir neçə belə qətlin törədildiyini sübut edə bilib. Nəticədə Məmmədov ömürlük, Xudiyev isə 20 il müddətində azadlıqdan məhrum olunub.
Joravlyova isə 24 il həbs cəazsı verilib. Onların hər üçü cəzalarını xüsusi rejimli islah əmək koloniyasında çəkəcəklər.