Rusiyada  azərbaycanlı gənci   qətlə yetirən polis cəzasız qaldı
25 may 2022 19:07 (UTC +04:00)

Rusiyada azərbaycanlı gənci qətlə yetirən polis cəzasız qaldı

0

Rusiya İstintaq Komitəsi Novosibirskdə yol polis əməkdaşı Aleksandr Qusevin saxlanılan zaman 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirməsi ilə bağlı işi bağlayıb. 

Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, polisin əməllərində cinayət tərkibi aşkar edilmədiyi bildirilir.

Qeyd edək ki, 2021-ci il mayın 28-də Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Bu zaman sürücü şəxsiyyətinin müəyyən olunması üçün polisin xidməti avtomobilinə tərəf aparılıb.

Sərnişinlərdən biri - 19 yaşlı Vəkil Abdullayev isə polisə müqavimət göstərməyə başlayıb. Bu zaman Aleksandr Qusev azərbaycanlı gənci tapançadan açılan atəşlə başından yaralayıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3777

Oxşar yazılar